Lavrov: “Sülhməramlıların Qarabağda yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur”

Hazırda oxunan: Lavrov: “Sülhməramlıların Qarabağda yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur”

174969

“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin İrəvana aidiyyəti yoxdur, bu, Bakı və Moskvanın işidir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

“Prezidentlər (Azərbaycan və Rusiya liderlərini nəzərdə tutur) bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağın erməni sakinlərinin geri qayıtmasına kömək üçün müsbət rol oynayır”, - deyə Lavrov vurğulayıb.
O qeyd edib ki, sülhməramlıların Qarabağdakı missiyası 2025-ci ilin noyabr ayına kimi nəzərdə tutulub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin