Macarıstanın Baş naziri Viktor Orbanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, danışıq zamanı Orban Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib.
MÖVZU İLƏ BAĞLI:
İtaliya Ankaranın İsveçlə bağlı qərarını ALQIŞLADI
Qeyd edək ki, ötən gün yanvarın 23-də Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında İsveçin NATO-da iştirakı ilə bağlı təkliflə bağlı müzakirələr aparılıb.
İclasın yekununda İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsi Türkiyə BMM-nin Baş Assambleyasında qəbul edilib.
Bizim.Media