Paşinyan iqtidarının 70-ci illər XƏYALI – Ermənistan niyə məhz bu xəritələrdə İSRAR EDİR?

Hazırda oxunan: Paşinyan iqtidarının 70-ci illər XƏYALI – Ermənistan niyə məhz bu xəritələrdə İSRAR EDİR?

174938

“Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bundan əlavə, sərhədlərin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz daim 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışmışıq”.

Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu 1974-1978-ci illərin xəritəsi hansı əraziləri əhatə edirdi və Azərbaycanın maraqlarına uyğundurmu? 

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, əvvəlcə torpaqlarımızın Ermənistana verilmə tarixindən söz açıb: 

“1918-ci ildə Zaqafqaziya Seymi dağılanda, Gürcüstan və Azərbaycan özlərini demokratik respublika elan edəndə ermənilər özlərinə “Ararat Respublikası” adını uydurdular. Həmin vaxtlar “Ararat”ın heç paytaxtı da yox idi. Ərazisi isə cəmi 9 min kvadrat kilometr idi. O zaman Azərbaycanın ərazisi bütöv idi. Söhbət 1918-ci ildən gedir. 

Naxçıvan və Azərbaycanın digər hissələri arasında üçüncü bir ölkə yox idi. Zəngəzur Qarabağ xanlığının bir hissəsi kimi Naxçıvana qədər gedib çıxırdı. SSRİ elan edildikdən sonra 1920-ci ildən başlayaraq Azərbaycan torpaqlarının proleter beynəlmiləlçiliyi naminə bəzi torpaqların Ermənistana verilməsinə başlanıldı. 1920-1923-cü illərdə Zəngəzur 10 min kvadrat kilometr idi. Yəni “Ararat”ın ərazisindən daha böyük. 

1928-ci ildə Dərələyəz mahalından 5 min kvadrat kilometr qopardılar, Ermənistana verdilər. Bunu da proleter beynəlmiləlçilik, “qardaşlıq” naminə atılan addım kimi dəyərləndirdilər.

1934-cü ildə Göyçə mahalının təxminən 8 min kvadrat kilometrə yaxın böyük əraziləri Ermənistana verildi. Son torpaqlar 1980-ci illərin əvvəllərində Ermənistana təqdim edilib. “Otlaq sahəsi” adı altında 5 min kvadrat kilometr ermənilərə pay edildi. 

Bütün bunları nəzərə alsaq, Ermənistan 1974-1978-ci ilin xəritəsini boşuna istəmir. 

Çünki həmin dövrün xəritələrində topraq verilməsi məsələsini sübut etmək mümkün deyil. 

“Ararat Respublikası”nda erməni dövlətçiliyi 9 min kvadrat kilometr olanda elan edildi, indi isə Ermənistan ərazisi 29,8 min kvadrat kilometrdir. Bu torpaqlar Aydan, Marsdan, Gürcüstandan, Türkiyədən gəlməyib. Yalnız Azərbaycandan qoparılaraq Ermənistana verilib”.

Politoloq qeyd edib ki, 1937-ci ilə qədər Azərbaycanda siyasi rəhbərləri ya erməni, ya da ruslar olub: 

“Ermənilər bunu yaxşı bilirlər. Onlar buna görə də 1918-ci ilin xəritəsini masaya yaxın buraxmaq istəmirlər. Çünki o zamanlar Azərbaycanın ərazisi 114 min kvadrat kilometr idi. İndi düşünək, görək, necə oldu ki, ərazilərimiz anidən 86,6 min kvadrat kilometr oldu?”

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin