Quba-Xınalıq yolu bu gün də buzlu-qarlı olub.
Bizim.Media xəbər verir ki, səhər saatlarında bu yolda 16-20 sm qar olub.
Yol təsərrüfatı işçiləri Quba-Xınalıq yolunun 31-ci km-dən 46-cı km-dək məsafəni qardan təmizləyib, yola duz və qum töküblər.
Yolda hələlik hər hansı bir çətinlik müşahidə edilmir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu