Türkiyə diplomatik "master klass" göstərdi - Erməni türkoloq

Hazırda oxunan: Türkiyə diplomatik "master klass" göstərdi - Erməni türkoloq

174874

Türkiyə parlamenti, demək olar ki, iki illik diplomatik oyunlardan sonra, nəhayət, İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etdi.

Bizim.Media xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Qeqamyan yazıb.

“Gözlənildiyi kimi, Türkiyə bu banal prosedurdan maksimum yararlana bilib. 

1. Ankara NATO-da siyasi çəkisini yüksəldib, bununla da strateji muxtariyyətini genişləndirib.

2. Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazanıb.

3. ABŞ-ı qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur edib.

4. Və nəhayət, xoş bonus: Avropadakı kürd terrorçularının həyatını xeyli çətinləşdirib.

Türkiyə harada və necə oyun oynadığını yaxşı bilir. Bu baxımdan diplomatik "master-klass" göstərib. Bu ölkənin etdiklərini öyrənməyə dəyər”, - deyə Qeqamyan vurğulayıb.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin