Xırdalanda müştəri qismində dönər yeyən şəxslər dönərxana işçisinin telefonlarını oğurlayıblar. Hadisə anı anbaan kameralara düşüb. 
Əvvəlcə dönər yeyib, sonra isə çay sifariş edib, daha sonra işçilərin başlarının qarışmasından istifadə edib arxa masada olan telefonu götürüblər. Sonra isə çıxarkən başqa bir telefonu da götürərək dönərxananı tərk ediblər. 
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bu kadrlar Abşeron rayonu, Xırdalan qəsəbəsində dönərxanalardan birinin təhlükəsizlik kamerasına düşüb. Müştəri kimi əyləşən şəxslər həm hesabı verməyiblər, həm də iki telefon götürüb, oradan uzaqlaşıblar. 
Hadisə ilə bağlı Abşeron rayon polis idarəsinə məlumat verilib. Hazırda idarədən şübhəli şəxslərin saxlanılması isitqamtində araşdırma davam etdirilir.
Obyektin icarədarı Ayxan Cavadov deyir ki, telefonlardan əlavə bank kartı və qulaqcıq da götürülüb. 
O da bildirilib ki, həmin şəxsləri ümumiyyətlə tanımırlar. Yəni ora daimi gedib-gələn müştərilər olmayıblar. 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

- A-
- A
- A+
Cəmiyyət
							10:46 / 24.01.2024
							
						Xırdalanda dönərxanada müştərilər işçinin telefonunu OĞURLADI - ANBAAN VİDEO
						
							
								Hazırda oxunan: Xırdalanda dönərxanada müştərilər işçinin telefonunu OĞURLADI - ANBAAN VİDEO 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Xırdalanda dönərxanada müştərilər işçinin telefonunu OĞURLADI - ANBAAN VİDEO 							
						174864
					Bizim.Media
 
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































