Azərbaycanlı azyaşlı qardaşını döyən İran vətəndaşını BIÇAQLADI - FOTO

Hazırda oxunan: Azərbaycanlı azyaşlı qardaşını döyən İran vətəndaşını BIÇAQLADI - FOTO

174782

Moskvada İran vətəndaşı beşinci sinif şagirdi olan iki azərbaycanlıya hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mənbə yazır ki, on yaşlı iki qardaş ötən gecə axşam saat yeddidə Cənubi Butovonun Polyanı küçəsindəki evlərinə qayıdırmışlar. Onlar girişdə yuxarı mərtəbədəki qonşuları, 37 yaşlı İran vətəndaşı ilə qarşılaşıblar.
Uşaqların dediyinə görə, qapını açıb onu qabağa buraxıblar, amma nədənsə bu, onun xoşuna gəlməyib. Hər üçü liftə daxil olanda iranlı qardaşlardan birinin başına şillə vurub. 

Uşaqlar yaşadıqları 15-ci mərtəbəyə qaçdıqlarını və böyük qardaşlarını köməyə çağırdıqlarını bildiriblər. 

İranlı uşaqların arxasınca qaçaraq uşaqların böyük qardaşları dava edib. Bu zaman kiçik qardaşlardan biri bıçağı çıxararaq iranlının ombasına sancıb. Kişi xəstəxanaya yerləşdirilib.

Qardaşlar müsahibə zamanı bıçağı ilk olaraq iranlının çıxardığını və bıçaqla böyük qardaşlarına hücum etdiyini bildiriblər.

Hazırda polis vəziyyəti araşdırır.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin