1909-cu ilin 24 yanvarında Katolik kilsəsi 1431-ci ildə yandırılmış Janna Darkı müqəddəs elan edib.
Bəs, 24 yanvarda dünyada daha hansı hadisələr baş verib?
1. 24 yanvar 1922-ci ildə ABŞ-ın Onava şəhərciyindən (Ayova ştatı) olan Kristian Nelson “Eskimo” dondurması üçün patent alıb. O vaxtdan yanvarın 24-ü Beynəlxalq Eskimo Günü kimi qeyd edilir. “Eskimo” sözü fransız mənşəlidir. Fransada eskimosların geyiminə bənzəyən uşaq kombinezonlarını eskimo adlandırırdılar. Buna görə də şokoladdan ibarət “kombinezon” “geyindirilmiş” dondurmaya da “Eskimo” adı verilib.
2. 1924-cü ilin bu günündə Fransanın Şamoni şəhərində I Qış Olimpiya Oyunları başlanıb.
3. 24 yanvar 1924-cü ildə Petroqradın adı dəyişdirilərək Leninqrad adlandırılıb.
4. 24 yanvar 1940-cı ildə Azərbaycan Rus Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.
5. 1965-ci ilin 24 yanvar tarixindә Türkiyә liberal iqtisadiyyata keçmәklә bağlı qәrar qәbul edib.
6. 1978-ci ilin bu günündə SSRİ-nin nüvə reaktorlu raketi “Kosmos 954” okeana düşür. Bu, tarixdə nüvə mühərrikli raketin ilk qəzası idi.
7. 24 yanvar 1984-cü ildə “Apple” şirkəti "siçan"la idarə olunan ilk kompüteri bazara çıxarıb.
8. 1994-cü ilin 24 yanvarında Türkiyənin ilk rabitə peyki "TÜRKSAT 1" orbitə çıxarılandan 12 dəqiqə sonra Atlantik okeanına düşüb.
Bəs, 24 yanvarda kimlər xatırlanır?
1. 1945-ci ilin bu günündə Məşhur Azərbaycan sərkərdəsi, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov (1910-1945) həlak olub. H.Aslanovun komandanlığı ilə Qırmızı Bayraqlı, II dərəcəli Suvorov ordenli 35-ci Şaulyay qvardiya tank briqadası 1945-ci ilin yanvarında Baltik dənizi sahillərinə çıxıb. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov yanvarın 24-də Priyekule yaxınlığında, Liyepaya rayonunda kəşfiyyat zamanı ağır yaralanıb və bir neçə saat sonra vəfat edib. İki Lenin ordeni, üç “Qırmızı Bayraq” ordeni, II dərəcəli Suvorov ordeni, “Aleksandr Nevski” ordeni, I dərəcəli Vətən müharibəsi ordeni, iki “Qızıl Ulduz” ordeni və medallarla təltif edilib. Həzi Aslanov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
2. 1965-ci ilin 24 yanvar tarixindә II Dünya Müharibәsi әrzindә İngiltәrәdә baş nazir vәzifәsini icra edәn Uinston Çörçill 91 yaşında vәfat edib.
3. Qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008) Avtandil İsrafilov 1941-ci ilin bu günündə anadan olub.
4. Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017), fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov 24 yanvar 1950-ci ildə doğulub.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 24.01.2024
BİZİM TƏQVİM: 24 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 24 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 24 yanvarda baş vermiş tarixi hadisələr
174779
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.