Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Davosda diqqətçəkən açıqlamalar verib. Təşkilatın rəhbəri sirli adlandırdığı “X” virusunun epidemiyaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib və ölkələri yeni pandemiya ehtimalına hazır olmağa çağırıb.
Onun sözlərinə görə, bu virus COVID-19-dan 20 dəfə daha ölümcüldür:
MÖVZU İLƏ BAĞLI:
Dünya yeni təhlükə ilə ÜZ-ÜZƏ: COVID-19-dan da dəhşətli virus GƏLİR
“X” virusunun laboratoriya analizlərinin nəticələri də göstərir ki, onun epidemiyaya çevriləcəyi təqdirdə 75 milyon insan həyatını itirə bilər və bu xəstəlik hər beş ildən bir fəallaşacaq. Bu ilin mayında bütün ölkələrin ortaq düşmən olan pandemiyaya qarşı razılığa gələcəyinə ümid edirəm. Bilinməyən, lakin başvermə ehtimalı olan məsələlər var. Biz bütün ssenarilərə hazır olmalıyıq”.
Gebreyesusun sensasiya sayılacaq fikirləri xeyli təəccüb doğurur.
Axı, “X” virusunun bu qədər qorxulu olacağını və 75 milyon can alacağını baş katib haradan bilir?
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevlə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ÜST-in Baş direktorunun elan elədiyi bu “X” virusu əslində səhiyyə məsələsindən daha çox siyasi məsələdir:
“Nədənsə pandemiyalar hər 4 ildən bir baş qaldırır. Və bu da ABŞ-dakı Prezident seçkiləri ilə eyni vaxta təsadüf edir. Xatirinizdədirsə 2020-ci ildə COVİD-19-u elan elədilər və bu da Donald Trampın prezident seçilməsinə əngəl oldu. Nəticədə Co Bayden hakimiyyətə gəldi. Deməli bu pandemiya ABŞ-ın Demokratlar Partiyası tərəfindən düşünülmüş bir metoddur.
Yeni seçkilərdə demokratlar da bu variantdan yararlanmağa çalışacaqlar ki, Baydeni hakimiyyətdə saxlasınlar. Əslində bu dərin dövlətin düşündüyü bir şeydir. Görünən odur ki, dərin dövlətin də üzdə olan adamlarından biri də ÜST-ün baş direktoru Tedros Adhanomd Gebreyesusdur. Bunu ona görə deyirəm ki, Gebreyesus hardan bilir ki, 75 milyon adam öləcək?!
Bəlkə 75 milyon yox, 100 milyon insan öləcək. 75 milyon hələ pandemiya sayılmır. Çünki dünya əhalisinin gərək 1 faizi yoluxa ki, pandemiya sayıla. Dünya əhalisinin 1 faizi isə 80 milyondan artıq deməkdir. Ona görə də Baş katibin bəyanatı çox şübhəlidir”.
Müsahibimiz təəssüflə bildirdi ki, dünyanı bu yolnan idarə edirlər, öz istədikləri istiqamətə yönəldirlər:
“Bütün hallarda Gebreyesusun fikirləri inandırıcı görünmür. Amma görünən odur ki, ortada hansısa iqtisadi-siyasi layihələr var. Bu layihələri həyata keçirmək üçün qapalı mühitin olması daha vacibdir. Hadisələrin gedişindən belə aydın olur ki, mart ayında dünya yenidən qapanmaya gedəcək”.
Surxay Atakişiyev, Bizim.Media