Ermənistanda yeni QARŞIDURMA – Paşinyan və erməni kilsəsi ÜZ-ÜZƏ  

Hazırda oxunan: Ermənistanda yeni QARŞIDURMA – Paşinyan və erməni kilsəsi ÜZ-ÜZƏ  

174755

Paşinyan yeni Konstitusiya ilə həmçinin əsas qanunun erməni kimliyinin qorunub saxlanmasında Erməni Apostol Kilsəsinin müstəsna roluna aid olan 18-ci maddəsini də ləğv etməyə çalışacaq. 

Bu iddia ilə konstitusiya hüququ üzrə mütəxəssis Vardan Poqosyan çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Sevginiz elə bu qədərmiş… - Artıq ermənilər də Makronun yalanlarına İNANMIR


Qeyd edək ki, Ermənistanda kilsə mühüm rola malikdir. Bir sıra hallarda ölkə siyasətinin müəyyənləşməsində onun böyük rolu var. Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanmasında da məhz erməni apostol kilsəsinin “xidmət”ləri böyükdür. Paşinyan hakimiyyətə gəlməsilə iqtidarla kilsə arasında münasibətlərdə müəyyən çatlar əmələ gəlib. Tez-tez Paşinyan hakimiyyətinin kilsəni və yaxud əksinə kilsənin mövcud rejimi kəskin tənqid etdiyinin şahidi oluruq. 

“Ermənistanda çaxnaşma yaranacaq”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Konstitusiyanın 18-ci maddəsinin ləğvi cəhdi erməni cəmiyyətində ciddi çalxalanma, qarşıdurma yaradacaq.

Ona görə də həmin addımın atılması Paşinyandan böyük risk və cəsarət tələb edir: 

“Paşinyan özünü erməni tarixində islahatçı lider olaraq qəbul etdirmək istəyir. Ona görə böyük rislərə gedir. Bu risklər də təbii ki, cəmiyyətin alt qatlarında ciddi şəkildə müəyyən maraqlara da toxunur. Belə vəziyyət cəmiyyətin yenidən tənzimlənməsinə, yenidən kimliyini təsdiq etməsinə təsir edir. Paşinyan həmçinin, qonşu ölkələrlə münasibətləri pozan faktorları da aradan qaldırmaq istəyir. 

Təbii ki, bu proses cəmiyyətdə ciddi çalxalanma yaradacaq. Amma ideyalar mütərəqqi ideyalardır. Onların dəyişməsi Ermənistanın xilası üçün vacibdir. Ermənistanın Türkiyə ilə düşmənşiliyini ehtiva edən gerb və Konstitusiya amilini ölkə əvvəl axır nəzərə almalıdır. Atılan addımlar böyük risk və onların həyata keçirilməsi böyük cəsarət tələb edir. 

Paşinyan bu cəsarəti özündə hiss edir. Amma cəmiyyətin reaksiyasını da indidən proqnozlaşdırmaq olmaz.

Çünki erməni cəmiyyətinin indiki durumunu tam dərindən təhlil etmək imkanına sahib deyilik. Ermənistanda yaşayan əhalinin, ayrı-ayrı qrupların münasibətinin nə olduğunu tam proqnozlaşdıra bilmərik. Bütün hallarda bu mütərəqqi yanaşma olsa da, riskli dəyişikliklər təklifidir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin