Hansı bankdan ipoteka götürmək daha SƏRFƏLİDİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Hansı bankdan ipoteka götürmək daha SƏRFƏLİDİR? – ARAŞDIRMA 

174703

Ölkəmizdə banklar tərəfindən verilən ipoteka kreditlərinin faiz dərəcələri daim müzakirə mövzusu olan məsələlərdəndir. Əksəriyyət isə faizlərin yüksək olmasından narazıdır. 

Bəs əsl vəziyyət necədir? 

Bizim.Media bu suallara cavab tapmaq üçün bankların ipoteka faizlərini araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dövlət xətti ilə neçə nəfər ipoteka krediti alıb?


İpoteka və Kredit Zəmanət Fondu 

Bəlli oldu ki, Fond mənzil sahibi olmaq istəyən vətəndaşlarla iki növ - adi və güzəştli ipoteka krediiti kreditləri təklif edir. Adi ipotekanın zəmanət verilmiş kreditlər üzrə faiz dərəcələri 8 faiz, zəmanət verilməmiş kreditlər üzrə isə 7 faizdir. Güzəştli ipotekada isə bunlar müvafiq olaraq 3,7-4 faiz arasında dəyişir. 

Kapital Bank

Bank tərəfindən vətəndaşlara fərqli ipoteka kreditləri təklif edilir ki, bunlardan ən vacibləri İKZF hesabına verilən adi və güzəştli, eləcə də MİDA xətti ilə verilən ipoteka kreditləridir. Adi ipotekada maksimal məbləğ 150 000 manat təşkil edir. İlkin ödəniş 15 faizdən, illik dərəcəsi isə 7 faizdən başlayır. 

Güzəştli ipotekada ilkin ödəniş 10 faizdən, illik faiz dərəcəsi isə 3,7 faizdən başlayır. Kreditin maksimal məbləği isə 100 000 manatdır. MİDA xətti ilə verilən kreditlərin ilkin faiz dərəcəsi 4 faizdən, ilkin ödənişi isə 10 faiz, yəni 10 000 manatdan başlayır. 

Azərbaycan Beynəlxalq Bankı

ABB-da 5 növ ipoteka krediti mövcuddur. Ancaq biz yalnız üçü – daxili ipoteka, mənzil və Əmanətli ipoteka kreditləri barəsində məlumat verəcəyik. 

Daxili ipoteka krediti yeni tikilən yaşayış komplekslərində çıxarışsız mənzillərin satın alınması üçün nəzərdə tutulub. 25 il müddətinə təqdim edilir və ümumi məbləği 500 000 manat təşkil edir. İllik dərəcəsi 9 faizdən, ilkin ödənişi isə 15 faizdən başlayır. 

Mənzil kreditinin maksimum məbləği 300 000 manat, müddəti isə 20 ilə qədərdir. İllik dərəcəsi minimum 9 faiz, ilkin ödəniş isə minimum 20 faizdir. 

Əmanətli ipoteka kreditinin də maksimum məbləği 300 000 manat, müddəti isə 20 il, illik faiz dərəcəsi minimum 9 faizdir. Ancaq ilkin ödənişi 10 faizdən başlayır. 

Unibank ASC

Təklif etdiyi ipoteka kreditinin maksimal müddəti 150 000 manat, müddəti 3 ildən 25 ilədək (güzəştli ipotekada 30 ilədək), illki dərəcəsi 8 faizdən, ilkin ödənişi də minimum 30 faizdən başlayır. Bildirək ki, məbləği 150 000 manatdan (güzəştli ipotekada 100.000) və girov qoyulan yaşayış sahəsinin bazar dəyərinin 70%-indən, illik dərəcəsi: 8%-dən (güzəştli ipotekada 4%-dən) artıq ola bilməz. 

Yelo Bank ASC

Öz müştərilərinə adi və güzəştli olmaqla iki növ ipoteka krediti təklif edir. Adi ipotekanın maksimum məbləği 150 000 manat, müddəti 300 ayadək, illik dərəcəsi 7-8 faiz, ilkin ödənişi isə 20 faizdir.

Güzəştli ipotekada isə 100 000 manata qədər məbləğ təklif olunur. Müddəti 360 ay, illik dərəcəsi 4 faiz, ilkin ödənişi isə 20 faiz təşkil edir. Hər ikisi də zəmanətli və zəmanətsiz şərtlərlə verilir. 

Bank of Baku

İpoteka kreditini iki qaydada təklif edir. Birincisi, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditidir. Məbləği maksimum 150 000 manat təşkil edir və ödəmə müddəti 3 ildən 30 ilə qədərdir. Faiz dərəcəsi isə 3,7 faizdən başlayır.

MİDA xətti ilə verilən kreditin ümumi məbləği isə 100 000 manat, ödəmə müddəti 3 ildən 30 ilə qədərdir. Faiz dərəcəsi isə illik 4 faizdən başlayır.    

Bank BTB

Bu bankda da ipoteka kreditləri İKZF və MİDA xətti ilə təqdim olunur. 

İKZF xətti ilə verilən kreditin özü də adi və sosial ipotekaya bölünür. Adi ipotekanın maksimum məbləği 150 000 manat, illik dərəcəsi 8 faiz, müddəti 25 ilə qədərdir. İlkin ödənişi də 30 faizdən başlayır, 

Sosial ipotekada isə 100 000 manata qədər kredit əldə etmək olar. Bu zaman ödəmə müddəti 30 ilə yüksələcək, ancaq illik dərəcəsi 4 faizə düşəcək. İlkin ödənişi də 30 faizdən başlayır.

MİDA ipoteka kreditlərinin yaşayış sahəsinin ölçüsü satış qiymətinin 90 faizindən çox olmamalıdır, yəni maksimum 100 000 manat olmalıdır. Müddəti 3 ildən 30 ilə qədər, illik dərəcəsi 4 faizdən, ilkin ödənişi isə 10 faizdən başlayır. 

Bank VTB

Öz müştərilərinə 3 növ  - adi, daxili və MİDA ipoteka kreditləri təklif edir. 

Adi ipotekada 150 000 manata qədər kredit əldə etmək mümkündür. Bu zaman ödəmə müddəti 5 ildən 30 ilə qədər olacaq və illik dərəcəsi 4-8 faiz arasında dəyişəcək. İlkin ödəniş isə 30 faizdən başlayır.  

Daxili ipoteka kreditinin məbləği 275 000 manata qədərdir. İllik dərəcəsi 12 faizdən, ilkin ödənişi isə 20 faizdən başlayır. Ödəmənin son müddəti 25 ildir. Güzəştli “MİDA” ipoteka kreditlərinin maksimal məbləği 100 000 manata, illik dərəcəsi 4 faizə, müddəti isə 30 ilə qədərdir. İlkin ödəniş 10 faizdən başlayır. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin