"Bozun 50 çaları" filminin ulduzu XƏSTƏXANALIQ OLDU

Hazırda oxunan: "Bozun 50 çaları" filminin ulduzu XƏSTƏXANALIQ OLDU

174670

“Bozun 50 çaları” filmində baş rolu canlandıran aktyor Ceymi Dornan dostu ilə Portuqaliyaya gedərkən xəstəxanaya yerləşdirilib.  

Bizim.Media xəbər verir ki, buna səbəb yerli qolf meydançalarında yaşayan, tükləri bədəndə müxtəlif reaksiyalara məruz qalan zəhərli tırtıllar (qurd) olub.  

Aktyorun dostu Qordon Smartın “BBC”yə verdiyi məlumata görə, o, əvvəlcə infarkt əlamətləri ilə xəstəxanaya aparılıb və tibb müəssisəsindən qayıdandan sonra Dornanın da xəstəxanaya yerləşdirildiyini öyrənib.  

Onlar səhhətlərindəki problemlərin ötən gecə həddindən artıq spirtli içki qəbulunun nəticəsi olduğunu düşünərək, əvvəlcə bunu asma ilə əlaqələndiriblər. Lakin səbəb başqa olub.  

“Məlum olub ki, tüklü tırtıllarla rastlaşdıq və onlarla qarşılaşdıqdan sonra sağ qaldığımız üçün çox şanslıyıq. Portuqaliyanın cənubundakı qolf meydançalarında insanların itlərini öldürən və infarktlara səbəb olan tırtıllar var”, - deyə Dornanın dostu Qordon vurğulayıb. 
Hazırda Dornanın səhhəti ilə bağlı heç bir xəbər yoxdur və aktyorun özü də tırtıllardan zəhərlənmə xəbərini şərh etməyib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin