Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim “Baku Winter Park” MMC-ə məxsus “Courtyard by Marriott” mehmanxanasının qida sahəsində fəaliyyət göstərən əməkdaşları üçün keçirilib.
Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq keçirilib. Təlim sahibkarlıq subyektinin əməkdaşlarına müəssisənin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:55 / 23.01.2024
Sahibkarlıq subyektinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılıb
Hazırda oxunan: Sahibkarlıq subyektinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılıb
Hazırda oxunan: Sahibkarlıq subyektinin əməkdaşları “Qida sahəsində gigiyena tələbləri” barədə məlumatlandırılıb
174656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.