İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac mayın 4-də təşkil ediləcək.
Bizim.Media Nazirlikdən bildirilib ki, hərraca 62 dövlət əmlakı çıxarılacaq.
Bunlardan 40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış binasıdır.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz:
(//bit.ly/3fIBdz1, //bit.ly/31Kztgj, //bit.ly/3unbPmn)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:32 / 10.04.2021
62 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu
Hazırda oxunan: 62 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu
Hazırda oxunan: 62 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu
17464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.