“Zığa metro çəkilməsi xəbəri ƏSASSIZDIR” – Metropolitendən TƏKZİB 

Hazırda oxunan: “Zığa metro çəkilməsi xəbəri ƏSASSIZDIR” – Metropolitendən TƏKZİB 

174560

Bu gün yerli KİV-də Bakı şəhəri, Suraxanı rayonunun Zığ qəsəbəsində və Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində metro xəttinin çəkilməsi ilə bağlı məlumatlar yayılıb.

Bundan əlavə, sözügedən layihənin artıq hazır olduğu və işlərin sürətlə davam etdiyi bildirilib. “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov isə Bizim.Media-ya açıqlamasından yayılan məlumatı təkzib edib:
 

MÖVZU İLƏ BAĞLI:

Bakının iki qəsəbəsinə metro xətti ÇƏKİLİR 


“Harda görülüb ki, “Bakı Metropoliteni” belə bir nəhəng layihəyə başlasın, amma mətbuat bundan kənarda qalsın və informasiyanın yayılmasında iştirak etməsin?! Bu baxımdan da əsassız bir məlumatdır”.

B.Məmmədov, qurumun konseptual inkişaf sistemində belə bir planın olduğunu bildirib:

““Qırmızı xətt”in Həzi Aslanov metrostansiyasının davamı kimi növbəti iki stansiyasının tikintisi nəzərdə tutulub. Bunlardan biri, Xətai rayonunun Gəncə prospektinin yaxınlığında, digəri isə Milli Müdafiə Universiteti (keçmiş Silahlı Qüvvələrin Hərbi Akademiyası) istiqamətində olacaq”. 

Hazırda isə bu planın aktual olmadığını deyən şöbə müdiri, hətta Bakı şəhərinin Baş Planında da sözügedən layihənin nəzərdə tutulmadığını diqqətə çatdırıb: 

“Bu sənəddə, 2040-cı ilə qədər fərqli layihələr və mövzular gündəmə gətirilib. Bakı şəhəri üçün vacib olan infrastruktur layihələrinin tərkib hissəsində metro xətlərinin ayrılması və çəkilməsi məsələləri əks olunub. Ancaq bu istiqamətdə hər hansı bir layihənin icrası planlaşdırılmır”.    

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin