ABŞ-ın “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğunun keçirilməsinə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “ORACLE ADVİSORY GROUP”un tərəfdaşı George Birnbaum məlumat verib.
O bildirib ki, seçkiqabağı güman olunan 3 min seçici ilə müsahibələr aparılacaq.
“Müsahibələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda da təşkil ediləcək. 40 ərazidə, 500 seçki məntəqəsində müsahibələr alınacaq. Komandaya 25 nəzarətçi daxildir. 1500 nəfər müsahibə alan şəxs olacaq.
Həmçinin seçki günü məntəqəni tərk edən 60 min nəfərdən də müsahibə götürüləcək. Eyni zamanda biz seçki günü hər 3 saatdan bir daxili hesabatlar hazırlayacağıq. Seçki məntəqəsinin bağlanmasından 1 saat sonra isə "exit poll"un nəticələrini elan edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:30 / 22.01.2024
“Exit-poll”un nəticələri seçki məntəqələri bağlanandan 1 saat sonra elan ediləcək
Hazırda oxunan: “Exit-poll”un nəticələri seçki məntəqələri bağlanandan 1 saat sonra elan ediləcək
Hazırda oxunan: “Exit-poll”un nəticələri seçki məntəqələri bağlanandan 1 saat sonra elan ediləcək
174532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.