“McDonald’s ilə sabahınız xeyir!” - Əfsanəvi səhər yeməyi artıq Azərbaycanda - VİDEO 

Hazırda oxunan: “McDonald’s ilə sabahınız xeyir!” - Əfsanəvi səhər yeməyi artıq Azərbaycanda - VİDEO 

174506

Səhər yeməyinin insanın balanslaşdırılmış gündəlik rasionunda ən vacib yemək olduğunu bilirdinizmi? O, təkcə bədəni qidalandırmır, həm də xoş ovqat bəxş edir və orqanizmi bütün günə bəs edəcək enerji ilə təmin edir. 

Çoxdan gözlənilən vaxt gəlib çatdı! “McDonald's” şəbəkəsinin təmsil olunduğu əksər ölkələrdə təklif olunan səhər yeməyi menyusu artıq Azərbaycanda! İndi hər səhər, saat 11:30-a qədər siz doyumlu Maffin sendviçlərindən, ləziz omletlərdən, haşbraunlardan və digər təamlardan həzz ala bilərsiniz.

Qeyd edək ki, səhər yeməyinin əsas inqrediyentləri yumurta və xüsusi maffin bulkasıdır. Ətli burgerlər üçün xalis mal ətindən hazırlanmış bifşteksdən istifadə olunur. 

Artıq sobanın yanında dayanmaq, erkən qalxıb qiymətli yuxu dəqiqələrini yemək bişirməyə sərf etmək, hətta nə yeyəcəyiniz barədə düşünməyə ehtiyac yoxdur.

Sadəcə olaraq evinizə ən yaxın olan “McDonald's”a getmək və ya avtomobilinizi tərk etmədən “MakAvto”dan səhər yeməyi sifariş etmək kifayətdir. Səhər yeməyini birbaşa evinizə və ya iş yerinizə çatdıran “Wolt” vasitəsilə onlayn sifariş də edə biləsiniz. 
Səhər yeməyi menyusu əksər “McDonald's” restoranlarında təqdim olunub. Menyuların və restoranların ətraflı siyahısı ilə www.mcdonalds.az saytında tanış ola bilərsiniz. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin