Şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, icra olunan həmin paket çərçivəsində postmüharibə dövründə:
• şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub;
• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 500-dək avtomobil təqdim edilib;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
• vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 104 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək onlara dəstəkyönümlü 326 min xidmət göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:53 / 21.01.2024
Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 326 min xidmət göstərilib
Hazırda oxunan: Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 326 min xidmət göstərilib
Hazırda oxunan: Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına 326 min xidmət göstərilib
174377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.