Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bizim.Media xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar respublikanın bütün şəhər və rayonlarında şəhidlərin xatirəsi yad edilir.
Bu gün səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
Bizim.Media