Azərbaycan Basketbol Liqasında XI turun daha 2 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, matçlar Gəncədə və Bakıda baş tutub.
İlk görüşdə “Gəncə” “Xəzri”ni sınağa çəkəcək. Son 2 turda məğlub olan meydan sahibləri “qara zolaq”dan çıxmağı bacarmayıblar. Qonaqlar son perioddakı 10 xallıq üstünlük sayəsində qələbə qazanıblar. Bu, "Xəzri"nin mövsümdəki 9-cu qələbəsi olub.
Günə “Xırdalan” - “Sumqayıt” matçı ilə yekun vurulub. Pley-off uğrunda mübarizə aparan komandaların duelində meydan sahibləri güclü olublar.
XI tur
17 yanvar
14:00. “Gəncə” – “Xəzri” - 89:96 (17:27, 24:23, 29:17, 19:29)
Gəncə Olimpiya İdman Kompleksi
19:30. “Xırdalan” – “Sumqayıt” - 100:90 (27:20, 28:19, 14:23, 31:28)
“Sərhədçi” İdman Mərkəzi
Qeyd edək ki, turun əvvəlki matçlarında “Sərhədçi” “Şəki”ni 112:82, “Neftçi” “Cəlilabad”ı 72:63 hesabı ilə məğlub edib. Tura yanvarın 21-də NTD-İNDİQO – “Sabah” matçı ilə yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media