Füzuliyə köçürülən bir qrup şəxsə məşğulluq üçün avadanlıqlar verildi - FOTO

Hazırda oxunan: Füzuliyə köçürülən bir qrup şəxsə məşğulluq üçün avadanlıqlar verildi - FOTO

174203

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Füzuli rayonuna köçürülən daha bir qrup şəxsə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

Avadanlıqlar avtoşinlərin təmiri xidmətləri, avtoyuma xidmətləri, kişi bərbəri, kiçik dərzi sexi, qadın gözəllik salonu, dönərxana və un məmulatları istehsalı zərflərini əhatə edib.
Proqram iştirakçılarına qeyd edilən istiqamətlər üzrə öz işlərini qurmaları üçün bütün zəruri avadanlıqlar təqdim edilib.

Bununla da Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün yaradılan təsərrüfatların sayı 36-ya çatıb.

Ümumilikdə, indiyədək işğaldan azad olunan ərazilərə köçürülən 1315 vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin