Deputatdan SENSASİON İDDİA: “ABŞ və İran gizli müttəfiqdirlər”

Hazırda oxunan: Deputatdan SENSASİON İDDİA: “ABŞ və İran gizli müttəfiqdirlər”

174189

“ABŞ İrana nüvə silahı yaratmağa icazə verməyəcək”.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, təbii ki, bu, yaxın gələcəkdə baş verməyəcək”, - Kirbi vurğulayıb.

Bəs maraqlıdır, alternativ yollar nədir, ABŞ İrana necə mane olacaq?

Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, ABŞ İranı Yaxın Şərqdə öz maraqlarının təmsilçilərindən biri kimi görür: 

“Bundan əlavə, ABŞ İrana “xalqlar həbsxanası” kimi baxır. İran Amerika üçün güc balansı yaradan mühüm bir mərkəzdir. ABŞ başda olmaqla kollektiv Qərb nüvə silahının əldə olunmasının qarşısını almaq istəsə, çox güman ki, bu günə qədər məsələ həllini tapardı. Yaxın Şərqdə hər nə qədər İran-İsrail münasibətləri gərgin olsa da, ABŞ İsrailə nəzarət etmək imkanlarını əldən verməmək üçün İranı İsrailə qarşı güc balansı vasitələrindən biri kimi görür. İran-ABŞ münasibətləri çox anlaşılmaz görünür”. 

O əlavə edib ki, ABŞ və İran publikaya açıq olmayan diplomatiyada  bir-birlərinə çox yaxşı münasibət bəsləyirlər: 

“Məsələn, Yaxın Şərqdə ilk tarixi fürsət yaranmışdı ki, ərəb dünyası, Türkiyə və İsrail arasında münasibətlər yaxşılaşsın və bu bölgənin intibahı başlasın. Belə bir tarixi məqamı yenə ABŞ-İran əməkdaşlığı pozdu. Çünki məhz İranın nəzarətində HƏMAS İsrailə qarşı müharibəni başlatdı. 

Yaxın Şərqin alovlanması, Qəzzada baş verən hadisələr “İbrahim” planının alt-üst edilməsidir. Ərəb ölkələrində “Böyük İbrahim” planı hazırlanırdı. Bu plan ərəblərin və İsrail oğullarının İbrahimdən əvvəlki dövrə qayıtmasını nəzərdə tuturdu.
Yaxın Şərq tarixdən gələn düşmənçilik ənənəsindən xilas olmaq yolunda idi. İbrahim hər iki xalqı birləşdirən vahid ata idi. Ancaq ABŞ və İranın birgə səyləri ilə bu plan məhv edildi. İran və ABŞ çox ciddi, gizli müttəfiqdilər. Bu baxımdan Amerika Birləşmiş ştatları İranın dağılmasına izn verməz”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin