COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi – SƏRƏNCAM  

Hazırda oxunan: COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi – SƏRƏNCAM  

174176

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalanıb. 

Bizim.Media xəbər verir ki, Sərəncamla “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir: 

“Təşkilat Komitəsinin sədri 

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri 

Təşkilat Komitəsinin üzvləri: 

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri 

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri 

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi 

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri 

Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri 

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri 

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri 

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri 

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri 

Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi 

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri 

Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri 

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri 

Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru 

Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru 

Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) 

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 

Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi 

İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini 

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri 

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi 

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru 

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri 

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri 

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri 

Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri 

Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi 

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri 

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti 

Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri 

Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 

Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 

Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin