Daim ağız dolusu söz azadlığından dəm vuran Avropa diplomatlarının özləri təbliğ etdikləri ideyalara əməl etmirlər.
Belə ki, ötən gün Bizim.Media-da “Avropa indi də Peterləri qabağa verir – “Diplomat”lar ölkəmizə qarşı niyə absurd bəyanatlar SƏSLƏNDİRİRLƏR?” başlıqlı yazı dərc olunmuşdu.Yazıda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun “facebook” hesabında yazdığı sərsəm fikirlərə münasibət bildirilmişdi.
MÖVZU İLƏ BAĞLI:
Avropa indi də Peterləri qabağa verir – “Diplomat”lar ölkəmizə qarşı niyə absurd bəyanatlar SƏSLƏNDİRİRLƏR?
Yazı dərc olunandan sonra redaksiyamıza xeyli sayda müraciət olub. Zəng edən soydaşlarımız bildiriblər ki, səfir Peter Mixalkonun sayıqlamalarına etiraz etmək istəyiblər:
“Bunun üçün Peterin “Facebook” səhifəsinə daxil olduq. Lakin rəy yaza bilmədik. Çünki, səfir Mixalko rəy bölməsini bağlayıb. Tənqid edən birisi tənqidi niyə eşitmək istəmir?!”
Digər bir oxucumuzsa yazır:
“Cənab Mixalko söz deməyə, fikir bildirməyə bu qədər həvəslidirsə bəs qarşı tərəfin fikrini niyə dinləmək istəmir?! Budur Qərbin fikir azadlığı?!”
Deyilənlərdən və bizim apardığımız müşahidələrdən aydın görünür ki, səfir Mixalko öz ayıbını yaxşı bilir. Bilir ki, dedikləri şər-böhtandır. Ona görə də rəhbərlərinin sifarişi ilə səhifəsindəki rəy bölməsini bağlayıb. Çünki Peterin yazdıqlarının yalan olduğu və əsl gerçəkliklərin rəylərdə onun üzünə vurulacağı aydın idi.
Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun səsləndirdiyi fikirlərdə və sosial səhifəsindəki rəy bölməsinin bağlanmasında əslində təəccüblü heç nə yoxdur. Bu Avropalı siyasətçilərinin mahiyyəti və yaşam tərzidir…
Qeyd edək ki, Peter Mixalko sözügedən paylaşımda guya “Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlərin onu dəhşətə gətirdiyini” yazmışdı.
Surxay Atakişiyev, Bizim.Media