“Sədərək”dən AÇIQLAMA: “Su basa bilməz, o qədər işlər görmüşük” - VİDEO 

Hazırda oxunan: “Sədərək”dən AÇIQLAMA: “Su basa bilməz, o qədər işlər görmüşük” - VİDEO 

173949

Xəbər verdiyimiz kimi, ötən həftə sonu yağan qarın əriməsi nəticəsində “Sədərək” Ticarət Mərkəzini su basıb, nəqliyyatın hərəkəti çətinləşib, ərazidəki ticarət və iaşə obyektlərinə yenidən ziyan dəyib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb, hər dəfə yanğın, kanalizasiya problemi ilə gündəmə gələn “Sədərək” rəhbərliyi bu dəfə də tənqid edilib. 

Bizim.Media xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim isə pravda.az-a açıqlamasında deyilənləri inkar edib: 

“Elə şey yoxdur. Mən işə çıxmıram, xəstəyəm, yatıram. Axı haranı su basıb? Ciddi heç nə yoxdur. Belə şeyə reaksiya verməyin. Ciddi nəsə olsa, mənə deyərdilər. Su basa bilməz, o qədər işlər görmüşük. Hətta bununla bağlı mətbuat konfransı keçirib məlumat vermişdim. Orada nə qədər borular çəkilib, mümkün deyil ki, əvvəlki vəziyyət alınsın...” 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin