Xəbər verdiyimiz kimi Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qurumun aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər:
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda yataqxana binası YANIR - YENİLƏNİB/VİDEO
"Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar".
Bizim.Media