"Ukrayna əks-hücumunu uğursuzluğa düçar etdi, belə davam edərsə, onların dövlətçilik məsələsi tezliklə düzəlməz hal alacaq. Ukrayna dövlətçiliyinə çox ciddi zərbə dəyə bilər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bələdiyyə rəhbərləri ilə görüşdə deyib.
Putin həmçinin Ukrayna hakimiyyətini Rusiya Federasiyası ilə danışıqlardan imtina etdiyinə görə tənqid edib:
“Bu münaqişə çoxdan bitə bilərdi. Lakin Ukrayna Rusiya ilə danışıqlardan imtina etdi”.
O qeyd edib ki, Zelenskinin sülh formulu danışıqlar üçün qadağanedici tələblərdir.
Bizim.Media