XİN: İranda həbs edilmiş Fərid Səfərliyə hökm oxunub

Hazırda oxunan: XİN: İranda həbs edilmiş Fərid Səfərliyə hökm oxunub

173710

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualını cavablandırıb.

Belə ki, ötən il martın 4-də İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Qabil oğlu Səfərlinin həbsindən və onun barəsində məhkəmə qərarı verildikdən sonra F.Səfərlinin valideyni oğlunun durumundan narahatlıq ifadə edib, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına yardım üçün müraciət ünvanlayıb.

XİN-in Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, Xarici İşlər Nazirliyinin 2023-cü il 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat daxil olan gündən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Nazirlik, həm də ölkəmizin Təbriz şəhərindəki baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.

Ötən il iyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəzlənib. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.
Bununla yanaşı, İranın Təbriz şəhərindəki Azərbaycanın baş konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.

Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin