“Mən prezident postunda qalsaydım, Rusiya heç vaxt Ukraynaya hücum etməzdi”.
Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd və keçmiş dövlət başçısı Donald Tramp Ayova ştatındakı ilkin səsvermənin qələbəsinə həsr olunmuş çıxışında deyib.
Tramp Rusiya lideri ilə yaxşı münasibətdə olduğu üçün Ukraynadakı münaqişənin qarşısını ala biləcəyini vurğulayıb. Onun sözlərinə görə, qarşıdan gələn seçkilərdə qalib gəldikdən sonra münaqişəyə son qoymaq niyyətindədir.
“Mənim Rusiya prezidenti Vladimir Putinlə əla münasibətim var, çox gözəl anlaşırıq. Bu, pis deyil, yaxşıdır ”, - Tramp bildirib.
Bizim.Media