Polis Cəlilabadda əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

Hazırda oxunan: Polis Cəlilabadda əməliyyat keçirdi: TUTULANLAR VAR - FOTO

173600

Mənzil oğurluqlarına görə saxlanılan şəxsin evindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar. 

Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin