Yaponiyanın xarici işlər naziri Kamikava Yokonun yanvarın 16-da Türkiyəyə səfəri planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü münasibətilə təşkil olunub.
Nazir səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Tərəflər arasında ikitərəfli və regional məsələlərin müzakirəsi olacaq.
Bizim.Media