Ötən il 427 minədək vətəndaş məşğulluğa CƏLB OLUNUB 

Hazırda oxunan: Ötən il 427 minədək vətəndaş məşğulluğa CƏLB OLUNUB 

173536

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildə 427 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, onlardan 118 min şəxs münasib işlərlə təmin edilib, 17,4 min şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Agentlik tərəfindən ötən il, həmçinin 9,5 min işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.
Qeyd olunan dövrdə 282 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Həmçinin əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 1,2 min şəxsə iş yerlərinə göndəriş verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin