Fransa portalı Qarabağda erməni vandalizmindən yazdı - FOTO

Hazırda oxunan: Fransa portalı Qarabağda erməni vandalizmindən yazdı - FOTO

17353

Bəzi ölkələr işğal olunmuş ərazilərin təbii ehtiyatlarından son dərəcə bəhrələnib, digərləri isə buna laqeyd qalaraq onu yalnız hərbi işğal kimi qəbul ediblər. Təəssüf ki, Qarabağın Ermənistan tərəfindən 27 il işğalı dövründə sadalanan ssenarilər baş verib:
 

işğal altındakı ərazilərdəki şəhərlər, oranın təbiəti, mədəni və tarixi obyektləri Ermənistan tərəfindən dağıdılıb və viran edilib. Bölgənin inkişafı üçün konkret heç bir iş görülməyib və bu işğal sayəsində Ermənistan iqtisadi cəhətdən inkişaf da edə bilməyib.


Bizim.Media xəbər verir ki, bu fikirlər Fransanın “Mondeafrique” portalında dərc olunan “Ermənistanın işğalı altında Qarabağ mədəniyyətinin məhv edilməsi” sərlövhəli məqalədə yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xarkovda ermənilərin ekoloji terroruna etiraz edildi


Yazıda 1992-ci ilə qədər azərbaycanlıların yaşadığı bu bölgənin Ermənistan tərəfindən işğal edilməsindən ötən 27 il ərzində bölgədəki tarixi və mədəniyyət abidələrinin məhv olunmasından bəhs söz açılıb.

Bildirilib ki, işğal dövründə Ağdam kabus şəhərə çevrilib, buradakı bütün tarixi və mədəni irs nümunələri, eləcə də şəxsi evlər və binaların yerlə-yeksan edilib.

Vurğulanıb ki, işğal dövründə Ağdamda 571 mədəniyyət abidəsi, o cümlədən 286 kitabxana, 237 ev və klub, 19 muzey, 24 musiqi məktəbi, 1 kinoteatr, 2 teatr və 2 qalereya binası darmadağın edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin