Nəsli kəsilmək təhlükəsi olan - adı “Qırmızı kitab”a daxil edilən heyvanların qanunsuz ovu və satışı ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Bu barədə ekoaktivist Zülfü Fərəcli Bizim.Media-ya danışıb.
O bildirib ki, qanunsuz ovla məşğul olan şəxslər ovlarını xüsusilə, Kürdəmir, Hacıqabul rayonlarında və Bakı-Qazax magistralında, yol kənarında satırlar:
“Qış mövsümündə ən çox bəzgək quşu ovlanır. Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı “Qırmızı kitab”a daxil edilib.
Bu quşu həm yerli vətəndaşlar, həm də həm xaricilər (ərəblər) ovlayır.Onlar yerə tor atırlar, tələ qururlar, daha sonra bu quşları tuturlar. Sonra yaralayırlar ki, qaçmasınlar. Ovlarını yol kənarında 15-20 AZN-ə satırlar”.
Ekoaktivistin sözlərinə görə, sözügedən şəxslər yolların qırağında hər gün belə açıq bazar qururlar:
“Kənd sakinləri bəzən ovlarını başqa quş (turac) adı ilə satırlar. Yüzlərlə vətəndaş və turistlər bu mənzərəni görür”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov sorğumuza cavab olaraq bildirib ki, Bakı-Qazax magistral yolunun Kürdəmir və Hacıqabul rayonları ərazisindən keçən hissəsində qanunsuz olaraq həyata keçirilən küçə ticarətinin qarşısının alınması istiqamətində Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür və həmin ərazi nəzarətdə saxlanılır:
“Həmçinin, bir neçə vətəndaş müxtəlif vaxtlarda qeyd edilən qayda pozuntusuna yol verdikləri üçün inzibati qaydada məsuliyyətə cəlb olunaraq həmin ərazidən uzaqlaşdırılıblar. Lakin edilən xəbərdarlıqlara baxmayaraq, bir neçə nəfər yenidən adı çəkilən ərazidə küçə ticarəti ilə məşğul olmağa cəhd ediblər. Həmin şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar”.
Qeyd edək ki, qanunvericiliyə görə, “Qırmızı Kitab” növlərinin ovu Cinayət Məcəlləsi ilə tənzimlənir.
Maddə 258.2.3-də deyilir: “ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri, eləcə də iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 15.01.2024
Adı “Qırmızı kitab”a salınan quşlar yol kənarında SATILIR? – RƏSMİ AÇIQLAMA/FOTO
Hazırda oxunan: Adı “Qırmızı kitab”a salınan quşlar yol kənarında SATILIR? – RƏSMİ AÇIQLAMA/FOTO
Hazırda oxunan: Adı “Qırmızı kitab”a salınan quşlar yol kənarında SATILIR? – RƏSMİ AÇIQLAMA/FOTO
173514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.