Məşğulluq Agentliyinin 10 min manat maaş təklif etdiyi vakansiyalar HANSILARDIR? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Məşğulluq Agentliyinin 10 min manat maaş təklif etdiyi vakansiyalar HANSILARDIR? – RƏSMİ AÇIQLAMA 

173513

Xəbər verildiyi  kimi, bir neçə gün əvvəl ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Azərbaycanda mövcud vakansiya bankında 10 min manata yaxın əməkhaqqı təklif olunan işlərin olduğunu diqqətə çatdırıb.

Ölkənin ən böyük vakansiya bankının DMA-də olduğunu söyləyən M.Abbasbəyli, bununla belə, oradakı işlərə görə ödənilən əməkhaqqının dövlətin öhdəliyi olmadığını qeyd edib.

Onun sözlərinə görə, bu gün vakansiya bankında 345 manatdan başlayaraq 10 min manata qədər əməkhaqları olan işlər var: 

“Lakin əksər hallarda az əməkhaqqılı vakansiyalar təqdim edilir. Lakin burada vacib bir məqam hər iki tərəfdə - işəgötürən və işaxtaranda inam formalaşmasıdır. Biz də buna nail oluruq”.

Bəs, 10 min manat maaş təklif edilən vakansiyalar hansılardır? 

DMA-nın Strateji Kommunikasiya Departamenti direktoru Mais Musayev Bizim.Media-ya açıqlamasında, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən "Əmək və Məşğulluq” altsisteminin istifadəyə verdiyini bildirib:

Sistemdə vakansiya bankı yaradıldığını söyləyən M.Musayevin sözlərinə görə, sistemdə boş, yeni yaradılan iş yerləri barədə məlumatlar əks olunur: 

“Bu gün vakansiya bankında 10 min manata qədər əməkhaqları olan işlər mövcuddur. Hazırda aktiv olan həmin vakansiyalar əsasən qeyri-neft sektoru ilə əlaqədar özəl sektoru əhatə edən iş yerləridir. Bunlar əsasən layihə meneceri, yataqların simulasiyası üzrə mühəndis, İdarə Heyətinin Sədri (CEO), smeta şöbəsinin rəhbəri və digər vəzifələrdir”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin