Rusiya prezidenti Vladimir Putin dünən “Lukoil” şirkətinin prezidenti, azərbaycanlı iş adaml Vahid Ələkbərovla görüşüb və şirkətin fəaliyyətini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi dövlət başçısının mətbuat katibi Dmitri Peskova istinadən yayıb.
"Prezident dünən “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovla görüşdü. Onlar şirkətin 2020-ci ildəki fəaliyyətinin nəticələrini müzakirə etdilər. Ənənəvi olaraq Ələkbərov dövlət başçısına Şimali Xəzərdə, Qərbi Sibirdəki layihələr, şirkətin dəniz layihələrini necə stimullaşdırdığı barədə məlumat verib”. Peskov jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, Ələkbərov şirkətin "kifayət qədər həcmli" investisiya planları barədə də informasiya verib.
"Bundan əlavə, prezident sosial layihələrlə də maraqlanıb. Bilirik ki, “Lukoil” bir çox sosial layihələri həyata keçirir. Bununla bağlı prezidentə ətraflı məlumat çatdırılıb", deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:09 / 09.04.2021
Putin azərbaycanlı iş adamı ilə görüşdü
Hazırda oxunan: Putin azərbaycanlı iş adamı ilə görüşdü
Hazırda oxunan: Putin azərbaycanlı iş adamı ilə görüşdü
17345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.