Qarlı havada neçə nəfər travma ilə təcili yardıma müraciət edib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qarlı havada neçə nəfər travma ilə təcili yardıma müraciət edib? – RƏSMİ AÇIQLAMA

173436

Qarlı-şaxtalı keçən son 2 gündə müxtəlif travmalarla 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdə 12 dərəcə şaxta OLUB 


Məlumatda qeyd edilir ki, qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib:

“Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. 

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin