Yeni müharibə başlaya bilər - Bu dəfə Afrikada

Hazırda oxunan: Yeni müharibə başlaya bilər - Bu dəfə Afrikada

173426

Somali mübahisəli əraziyə görə Efiopiyanı müharibə ilə təhdid edir.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.

Mənbə qeyd edir ki, Somalilend (Britaniyanın keçmiş müstəmləkəsi,  Afrikanın şimalında tanınmamış dövlət) dənizə çıxışı olmayan Efiopiya ilə liman razılaşmasından sonra ölkə kimi tanınmağa ümid edirdi, lakin bu addım Somalidə qəzəb doğurub.

Mövzu ilə bağlı Somali prezidentinin baş müşaviri bildirib ki, Somali Efiopiyanın Somalilend ərazisini tanımasına və orada liman tikməsinə mane olmaq üçün müharibəyə getməyə hazırdır.

Xatırladaq ki, Somali Somalilendi öz ərazisinin bir hissəsi hesab edir və liman sazişini etibarsız sayır. 
Somalinin paytaxtı Moqadişoda razılaşmaya qarşı keçirilən mitinqlərdə prezident Həsən Şeyx Mohamud somalililəri vətəni müdafiə etməyə çağırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin