Azərbaycan güləşçisi son gündə Zaqrebdə qızıl medal qazandı

Hazırda oxunan: Azərbaycan güləşçisi son gündə Zaqrebdə qızıl medal qazandı

173412

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.

Bizim.Media xəbər verir ki, son gündə Azərbaycanın 6 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.

Axırıncı gündə Ülvü Qənizadə (72 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ardıcıl 4 rəqibinə qalib gələrək, qızıl medal qazanıb.

Digər güləşçilərimiz Nihat Məmmədli (60 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib. Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin qadın güləşçi Alyona Kolesnik (59 kq) bürünc mükafata yiyələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin