Qarda sürüşdü, xəstəxanalıq oldu

Hazırda oxunan: Qarda sürüşdü, xəstəxanalıq oldu

173381

Cəlilabad rayonunda bu gün üç nəfər qarlı hava şəraiti səbəbi ilə küçədə yıxılaraq travma alıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, onlardan birinin vəziyyəti ağır olduğu üçün rayon xəstəxanasına aparılıb.

Analoji hava şəraiti ilə bağlı Biləsuvar rayonunda da iki nəfər küçədə yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Onlara lazımi tibbi yardım göstərilib.

Adi günlərdən fərqli olaraq bu gün hər iki rayon üzrə Təcili Tibbi Yardım çağırışlarında artım olub. Çağırışlar əsasən azyaşlılar üzrə hərarət və yaşlı şəxslər üzrə təzyiqlə bağlı olub.
Hazırda bölgədə qar yağmaqda davam edir.

Elşən Feyzullayev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin