Ermənistan Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə nümayəndə heyətinin İrəvana gəlişi barədə mesajı təkzib edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
Mənbə yazır ki, bundan əvvəl "Qraparak" qəzeti Azərbaycanda olan diversantların əvəzinə Meğriyə gedən yolun tikinti sahəsini araşdırmaq üçün Bakıdan təyyarə ilə bir heyətin İrəvana gəldiyini yazmışdı.
"KİV-də Azərbaycan-Türkiyə nümayəndə heyətinin 8 apreldə İrəvana gəldiyi barədə məlumatlar həqiqətə uyğun deyil". Nazirliyin bəyanatında belə deyilir.
Müdafiə Nazirliyi vətəndaşlara ictimaiyyət üçün həssas olan mövzularda yoxlanılmayan informasiyaları yaymamağa çağırıb.
Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya başçılarının imzaladığı üçtərəfli bəyanatda xüsusilə qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır.
Bu zaman Ermənistan nəqliyyat təhlükəsizliyinə zəmanət verəcək və Azərbaycanla Naxçıvan arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların maneəsiz hərəkətini təşkil edəcək.
Bütün bunlara nəzarət isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.
Eyni 9-cu bənddə qeyd olunur ki, tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Region
15:19 / 09.04.2021
Azərbaycan-Türkiyə nümayəndə heyəti Ermənistana gəlməyib – İrəvandan açıqlama
Hazırda oxunan: Azərbaycan-Türkiyə nümayəndə heyəti Ermənistana gəlməyib – İrəvandan açıqlama
Hazırda oxunan: Azərbaycan-Türkiyə nümayəndə heyəti Ermənistana gəlməyib – İrəvandan açıqlama
17334
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.