Sankt-Peterburqda yanan anbara 212,5 milyon manat ziyan dəyib - VİDEO

Hazırda oxunan: Sankt-Peterburqda yanan anbara 212,5 milyon manat ziyan dəyib - VİDEO

173291

Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkinski rayonundakı “Wildberries” anbarında baş verən güclü yanğın 70 min kvadratmetr ərazini əhatə edib.

Bizim.Media xəbər verir ki, yanğının görüntüləri “Telegram” kanallarında yayılıb.

İlkin ehtimallara görə, anbara 11 milyard rubl (212,5 milyon manat) ziyan dəyib.

Yanğın sonrası regional Dövlət Tikinti Nəzarəti Xidmətinin rəhbəri vəzifəsini icra edən Vyaçeslav Zaxarov açıqlama yayaraq bildirib ki, “Wildberries” anbarı Sankt-Peterburq rəhbərliyinin xəbəri olmadan iki il fəaliyyət göstərib.

“11 futbol meydançası böyüklüyündən bina rəsmi olaraq istifadəyə verilməyib. Bundan əlavə, anbara heç vaxt yanğın müfəttişliyi tərəfindən baxış keçirilməyib. 2022-ci ildə uyğunluq sertifikatı təqdim edilmişdi, lakin sonrakı illərdə tərtibatçı özü ərizə tərtib edirdi. Ümumiyyətlə, icazəsiz belə kağızlarla işləməməli idilər”, - deyə Zaxarov qeyd edib.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin