Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı püşkatma keçiriləcək

Hazırda oxunan: Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı püşkatma keçiriləcək

173280

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, püşkatma 2024-cü il yanvarın 15-i saat 14:00-da MSK-nın inzibati binasında təşkil olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin