Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Kansler Olaf Şoltzu yerli fermerləri narazı salan son islahatları ilə bağlı tənqid edib.
Bizim.Media xəbər verir ki, Ştaynmayer “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində, Kanslerə bəzi məsləhətlər verib.
Prezient, deyib ki, kansler rəhbərlik etdiyi ölkə hökuməti öz qərarlarını ictimaiyyətə izah etmək üçün daha yaxşı iş görməlidir.
Əhali arasında hökumətə qarşı inamın azaldığını söyləyən prezident Ştaynmayer, bunu kabinetdə qəbul edilən qərarların yetərincə və keyfiyyətlə insanlara çatdırılmaması ilə əlaqələndirib.
“Əks təqdiqdə qərarlar hökumətdaxili mübahisələrinin kölgəsində qalır. Hökumət bunu düzəltməkdə maraqlı olmalıdır”.
Alman prezident narazı əhalini dialoqa çağırıb. Onun fikrincə, susmaq münaqişənin hər iki tərəfinə zərər verə bilər.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:48 / 13.01.2024
Almaniya Prezidenti və Kansleri arasında ANLAŞMAZLIQ – DETALLAR
Hazırda oxunan: Almaniya Prezidenti və Kansleri arasında ANLAŞMAZLIQ – DETALLAR
Hazırda oxunan: Almaniya Prezidenti və Kansleri arasında ANLAŞMAZLIQ – DETALLAR
173239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.