Rusiyadan tarixi REKORD – Çinə qaz nəqli KƏSKİN ARTDI 

Hazırda oxunan: Rusiyadan tarixi REKORD – Çinə qaz nəqli KƏSKİN ARTDI 

173235

Yanvarın 12-də Rusiyanın “Qazprom” şirkəti Çinə gündəlik qaz nəqli üzrə yeni tarixi rekorda imza atıb. 

Bizim.Media xəbər verir ki, bu barədə şirkətin Telegram kanalında məlumat verilib.

Qazın nəqli “Sibirin Gücü” qaz kəməri ilə həyata keçirilib və ruslar yenidən gündəlik müqavilə öhdəliklərini üstələyiblər. 

Çinə gündəlik qaz nəqli 2024-cü il üçün müqavilədə nəzərdə tutulan yeni səviyyəyə çatdıqdan dərhal sonra qeydə alınıb.

Qeyd edək ki, qaz təchizatı “Qazprom” ilə Çinin “CNPC” Milli Neft Korporasiyası arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayının sonunda “Qazprom”un rəhbəri Aleksey Miller prezident Vladimir Putinlə görüşündə, şirkətin Çinə qaz tədarükünü 1,5 dəfə artırmağı, eyni zamanda, 2025-ci ildə 38 milyard kubmetr yanacaq tədarük etməyi planlaşdırdıqlarını bildirmişdi. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin