Ermənistan-Rusiya münasibətləri "iki nəfər üçün missiya" düsturu çərçivəsində inkişaf etməlidir.
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan “Sputnik Armenia”ya müsahibəsində deyib.
Onun fikrincə, belə bir missiya bölgədə, Böyük Avrasiyada və dünyada sülhün və sabitliyin möhkəmləndirilməsi üçün şərait yarada bilər.
Prezident xatırladıb ki, erməni və rus xalqları iki dünya müharibəsi də daxil olmaqla bir çox sınaqlardan keçib və bu səbəbdən təhdidlərə adekvat cavab verməyə qadirdir.
"Rusiya uzun illərdən bəri imperiya ənənələrinə sahib olan böyük nüvə dövlətidir, Ermənistan isə potensialı olan kiçik bir respublikadır. Söhbət dünyanın əksər ölkələrinin ictimai və siyasi həyatına son dərəcə yaxşı inteqrasiya olunmuş diaspordan gedir - San Fransiskodan Kanberraya qədər. Dünyada yeni dövr başlayır. Bu zaman şəbəkə dövlətləri ön plana çıxacaq.
Ermənistanın da belə olmaq üçün şansı var. Öz növbəsində, Rusiya görmək istədiyi Ermənistanla bir olmaq istəyir”, deyə dövlət başçısı qeyd edib.
Sarkisyan müsahibəsində 2-ci Qarabağ savaşına da toxunub:
“Qarabağdakı müharibə erməni tərəfinin seçimi deyildi. Bu, Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən tətbiq edilib:
“Müstəqillik Qarabağ erməniləri üçün bir arzu olmayıb, bölgənin tarixi ilə hesablaşmaq lazım idi”.
Dövlət başçısı əlavə edib ki, növbədənkənar seçkilər Ermənistanı böhrandan çıxarmayacaq, çünki Konstitusiyada dəyişiklik də daxil olmaqla bir çox islahatlara ehtiyac var.
İndi əsas vəzifə dövlətin ayaqda durmasına çalışmaq və yol xəritəsi hazırlamaqdır”.
“Əminəm ki, Ermənistanın gələcəyi üçün iki ssenari var. Birincisi, bəzi insanların dar çərçivədə mübarizə apardığı, liberalların, millətçilərin və radikalların "böyük qardaş" axtarışında olduğu zəif və son dərəcə asılı bir ölkə. İkincisi, müttəfiqinin yanında öz nüfuzunu gücləndirmək, iki ölkənin maraqlarını irəli sürmək üçün bütün resurslarından və potensialından istifadə edən güclü bir Ermənistan.
Bu, o vaxt baş tuta bilər ki, bir ölkə öz müttəfiqinin mənafeyini öz mənafeyi kimi qəbul etməli və qorumalıdır. Həm də münasibətlərdə bir etibarlılıq olmalıdır”, deyə prezident bildirib.
Xatırladaq ki, Ermənistan-Rusiya münasibətlərinə dair diskussiya 2018-ci ildə ölkədə hakimiyyət dəyişikliyindən bəri vaxtaşırı davam edir.
Ermənistan hakimiyyəti isə münasibətlərin soyuması ilə bağlı məlumatları təkzib edir, üstəlik qarşılıqlı əlaqələrin yaxşılaşdığını söyləyirlər.
Bu çərçivədə Baş nazir Nikol Paşinyanın Rusiyaya son səfəri 7 aprel tarixində baş tutub. Ermənistan hökumətinin başçısı Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Söhbət əsnasında tərəflər Qarabağdakı vəziyyəti, gündəlikdə olan ikitərəfli məsələləri müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
13:36 / 09.04.2021
“Ermənistanın gələcəyi üçün iki ssenari var” - Armen Sarkisyan
Hazırda oxunan: “Ermənistanın gələcəyi üçün iki ssenari var” - Armen Sarkisyan
Hazırda oxunan: “Ermənistanın gələcəyi üçün iki ssenari var” - Armen Sarkisyan
17320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.