TƏBİB ona verilən səlahiyyətlərin öhdəsindən gələcəkmi? – Deputat ÜMİD ETDİ

Hazırda oxunan: TƏBİB ona verilən səlahiyyətlərin öhdəsindən gələcəkmi? – Deputat ÜMİD ETDİ

17318

Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin bir çox səlahiyyətləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ixtiyarına verildi. Belə ki, Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini, qan və doğum haqqında məlumatların alınmasını TƏBİB aparacaq.

Ötən gün Milli Məclisin müzakirəsinə çıxarılan məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik qərarı ilə bitdi.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB Səhiyyə Nazirliyini üstələdi - Hətta ''səhiyyə'' sözünü də işlətmək olmaz   


Beləliklə, Səhiyyə Nazirliyi yalnız tibb strategiyasının və siyasətinin hazırlanması, eləcə də irəli çəkilməsi ilə məşğul olacaq. TƏBİB isə konkret olaraq icra mexanizmini həyata keçirəcək.  

Maraqlıdır, fəaliyyətə başlayan gündən ən çox tənqid olunan TƏBİB boyuna düşən ağır yükün öhdəsindən gələ biləcəkmi? Nazirliyin bir çox səlahiyyətlərinin TƏBİB-ə verilməsi nəyi dəyişəcək?

Bizim.Media-ya bu barədə danışan millət vəkili Fazil Mustafa deyib ki, bu model dünyanın bir çox ölkələrində işləyir.

Xüsusilə icbari tibbi sığortaya keçid zamanı bu dəyişikliyin olması gözlənilən idi və islahat prosesinin bir hissəsidir:
 

“Təbii ki, islahat prosesinin hamısı qanedici və yeni yaranan qurumlar tam şəkildə prosesin hakimi olmaya bilər.


Bu qaçılmaz proseslərdən biridir. Hesab edirəm ki, belə bir prosesin getməsi normaldır. Nə qədər formal olaraq nazirlikdə qalması məsələsindən fərqli olaraq daha çox icra funksiyası yerinə yetirən quruma verilməsi doğrudur. Səhiyyə Nazirliyi sadəcə səhiyyə siyasətinin formalaşmasını həyata keçirəcək və nəzarət edəcək. Dünyada belə bir idarəetmə modeli yayılıb”. 

Deputatın sözlərinə görə, TƏBİB-in boynuna düşən ağır yükün öhdəsindən gələ biləcəyini söyləmək çətindir:
 

“Hər bir qurumun necə və hansı şəkildə fəaliyyət göstərməsi onun sonda verəcəyi hesabatdan asılı olacaq. Ümid edək ki, bu işlər görüləcək. TƏBİB-in fəaliyyətə başlaması pandemiya dövrünə düşdü.


Enerjisinin böyük bir hissəsini pandemiyaya qarşı mübarizəyə verdi. Nə normal fəaliyyətə başlaya bildi, nə də imkanları oldu. Ona görə də bu dərəcədə TƏBİB-i də qınamaq doğru olmaz. Həmçinin təcrübəsiz qurum birdən-birə ciddi çətinliklərlə qarşılaşdı və ağır bəlayla üz-üzə qaldı. Hər halda mübarizə aparmaq üçün xeyli işlər gördülər. Bu baxımdan hər şeyi ağ və qara görmək doğru deyil”. 

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin