Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, tapşırıqlar VERDİ - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi, tapşırıqlar VERDİ - FOTO

173100

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının 2023-cü ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının, beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib, Dövlət başçısının ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb. 

DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, eləcə də ötən ilin sentyabr ayının 19-da lokal xarakterli antiterror tədbirləri zamanı da göstərdiyi sücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezidentin yüksək qiymətləndirdiyini məmnunluqla qeyd edən nazir, onu da vurğulayıb ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan və polis əməkdaşlarından xidməti vəzifələrini daha böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. 

Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. 
Müşavirəyə yekun vuran nazir V.Eyvazov Qoşunların qarşısında duran vəzifələri qeyd edib, tapşırıq və tövsiyələrini verib.

Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət onlara göstərilən diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə, eləcə də işğaldan azad edilmiş ərazilərdə nümunəvi xidmətləri ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin