Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Milli Müdafiə Akademiyasına Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib.
MÖVZU İLƏ BAĞLI:
General-leytenant Heydər Piriyev vəzifəsindən AZAD OLUNDU – ÖZƏL
Gündüz Əbdülov daha əvvəl Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb.
Bu təyinata qədər isə o, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.
Bizim.Media