Yeni qatarlar hansı marşrutlar üzrə hərəkət edəcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Yeni qatarlar hansı marşrutlar üzrə hərəkət edəcək? – RƏSMİ AÇIQLAMA

173075

2020-ci ilin yazında COVİD-19 pandemiyası ilə bağlı ölkəmizdə karantin rejiminin tətbiq edilməsindən sonra regionlara işləyən sərnişin qatarları dayandırıldı. Ötən müddətdə isə regionlara işləyən bəzi marşrutlar bərpa olundu. Hazırda Sumqayıta, Ağstafaya və Qəbələyə sərnişin qatarları fasiləsiz olaraq işləyir. 

Amma hələ də Bakı-Astara, Bakı-Horadiz, Bakı-Bərdə və Bakı-Balakən marşrutları üzrə qatarların hərəkəti bərpa olunmayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Ağstafa marşrutuna sərnişin tələbatı artdı - DAHA BİR QATAR REYSİ


Nəzərə alaq ki, “Azərbaycan Dəmir Yolları” QSC ötən ilin payızında xeyli sayda yeni qatarlar alıb. 

Bəs, həmin qatarlar hansı istiqamət üzrə xəttə buraxılacaq?

Bu suala cavab almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, yeni qatarlar Bakı Dəmiryol Vağzalına çatdırılıb:

“ADY QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında 2019-cu ilin noyabr ayında imzalanmış müqaviləyə əsasən yeni alınan FLİRT tipli 6 elektrik və 4 dizel qatarının 4 ədədi (dizel) Bakı Dəmiryol Vağzalına çatdırılıb. Qatarlar yeni nəsil təhlükəsizlik texnologiyaları və bir sıra innovativ mexanizmlərlə təchiz olunub”.

ADY-dən bildirilib ki, Bakıya çatdırılmış 4 qatardan ikisi yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək:

“Qatarlar əsasən Bakı-Abşeron dairəvidə sərnişin sıxlığının aradan qaldırılması, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edəcək. Hazırda Yevlax-Balakən dəmir yolu xəttinin təmiri və infrastrukturun sağlamlaşdırılması işləri aparılır. Gələcəkdə bu istiqamətdə sərnişindaşımanın bərpa olunması məsələsinə baxılacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin